Accessibility links

Pxenyanın bəyanatı qalmaqal yaradıb


Şimali Koreyanın təcrid olunmuş hökumətinin nüvə sınaqlarını yeniləmək planları ilə bağlı bəyanatından sonra dünyanın lider dövlətləri bu ölkəyə qarşı çıxışlar edib.

Şimali Koreyanın dünən verdiyi bəyanat gərginliyi azaltmaq istiqamətində diplomatik səylərin artırılmasına rəvac verib. Çin, Yaponiya və Cənubi Koreya Pxenyanın nüvə ambisiyalarını müzakirə etmək üçün gələn həftə sammit keçirməyi planlaşdırırlar.

Cənubi Koreya bildirib ki o, nüvə sınaqları təkrarlanarsa, şimal qonşusunu məsuliyyətə cəlb edəcək. Çin ölkələri danışıqlara çağıraraq, daha yumşaq yanaşma nümayiş etdirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-la Çimali Koreya arasında birbaşa danışıqlara çağırıb.

Cənubi Koreya, hələ ki, Şimali Koreyanın nüvə sınağına hazırlıqlarına dair heç bir sübutun olmadığını deyib.

XS
SM
MD
LG