Accessibility links

Dünya ictimaiyyəti Şimali Koreyanın nüvə sınağına qəzəbli reaksiya göstərir.


Ağ Evin sözçüsü Toni Snou Amerika və Cənubi Koreyanın kəşfiyyat agentlikləri tərəfindən Şimali Koreyanın nüvə sınağının keçirildiyi ərazi yaxınlığında seysmik fəaliyyətin araşdırıldığını bildirib. Ağ Ev sözçüsünün bildirdiyinə görə, Amerika və onun müttəfiqləri vəziyyəti yaxından izləyərək, məlumat toplamağa çalışır. Xatrıladaq ki, Təhlükəsizlik Şurası cümə günü Şimali Koreyaya Pxenyanın nüvə sınağını həyata keçirməməsi xəbərdarlığı barədə bəyanat qəbul etmişdi.

Çin də bir sıra dövlətlər kimi bu gün Şimalı Koreyanın bu hərəkətinə hiddətini bildirib. Çinin xarici işlər naziri Şimali Koreyanın nüvə sınağını qınayaraq, Pxenyanın həyasızcasına hərəkət etdiyini deyib.

Pxenyanın bazar ertəsi nüvə sınağının müvəffəqiyyətlə həyata keçdiyi barədə məlumatından sonra Cənubi Koreya hökuməti Şimali Koreyaya bəzi yardımların dayandırılmasına çağırıb.

XS
SM
MD
LG