Accessibility links

Şimali Koreya ABŞ-a xəbərdarlıq verib


Şimali Koreyanın iki nömrəli lideri Kim Yonq Nam Amerika Birləşmiş Ştatları düşmən siyasətinə son qoymasa daha artıq nüvə sınağı keçiriləcəyi barədə xəbərdarlıq verib. Məlumat Yaponiyanın xəbərlərində yayımlanıb. Pxenyanda çıxış edən Kim Yonq Nam deyib ki, Şimali Koreyaya qarşı sanksiyalar ləğv edilsə Şimali Koreya altıtərəfli müzakirələrə qayıda bilər.

Yaponiyanın Kyodo Xəbər Agentliyinə müsahibəsi zamanı Milli Xalq Asasmbleyasının prezidenti Nam Şimali Koreyanın növbəti addımının Amerikanın onunla bağlı siyasətindən asılı olacacağını bildirib, O deyib ki, ABŞ Şimali Koreyanı müzakirələrdən uzaqlaşdırmaq məqsədi ilə bəhanə gətirir.

XS
SM
MD
LG