Accessibility links

Corc Buş Iraqda baş verən zorakılıqların məsuliyyətini təriqətlərarası düşmənçiliyə rəvac verənlərin daşıdığını deyib


ABŞ prezidenti Corc Buş Ağ Evdə təşkil etdiyi mətbuat konfransında müqəddəs Ramazan ayı yol verilən zorakılıqların davam etməsinə baxmayaraq, Amerikanın İraqın gənc hökumətini dəstəklədiyini bildirib. Prezident Buş deyib ki, zorakılıqarın məsuliyyətinin təriqətlərarası düşmənçiliyə rəvac verənlər daşıyır. O, qəddar qatillərin əli ilə öldürülənlərin ailə üzvlərinə başsağlığı verib.

Şimali Koreya məsələsinə gəldikdə isə Corc Buş bildirib ki, Pxenyan özünün iddia etdiyi müvəffəqiyyətli nüvə sınağının nəticələri ilə üzləşəcək. Prezident ABŞ-ın Şimali Koreyaya qarşı hücuma keçmək niyyətində olmadığını bir daha təkrar edib.

Ölkədaxli məsələrdən danışan Corc Buş bildirib ki, hökumət federal büdcə kəsirinin yarıya endirilməsini qarşıya qoyduğu müddətdən 3 il əvvəl başa çatdırıb. ABŞ prezidenti iqtisadiyyatın güclü saxlanmasını özünün iqtisadi siyasətinin nəticəsi kimi qiymətləndirib.

XS
SM
MD
LG