Accessibility links

Nyu Yorkun beysbol komandasının oyunçusunun təyyarəsi Nyu Yokda yaşayış binasına dəyib.


Nyu Yorkun beysbol komandasının oyunçusu Kori Lidlin təyyarəsi Nyu Yokda 40 mərtəbli yaşayış binasına dəyib. Nəticədə o və təyyarə instruktoru həlak olublar. Yanğınsöndürənlər qəza nəticəsində baş verən yanğınla bir saatdan az mübarizə aparmışlar . Əksəriyyəti yanğınsöndürənlər olmaqla, iyirmi bir adam xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilmir. Lidlin pasportu binanın yaxınlığındakı küçədən tapılıb. Təkmühərrikli təyyarə idarə etmək üçün Kori keçən il lisenziyasını almışdı.
XS
SM
MD
LG