Accessibility links

Əfqanıstanda hərbiçilərə qarşı hücumlar davam edir


Əfqanıstan polisi bildirir ki, ölkənin cənub-şərqindəki Xost şəhərində iki bomba hücumu azı 16 nəfərin yaralanmasına səbəb olub. Maşına yerləşdirilmiş birinci bomba partlayışı Birləşmiş Ştatlar hərbiçilərinin keşik məntəqəsi yaxınlığında baş vermiş, lakin hərbiçilərdən yaralanan olmamışdır. İkinci özünü-intihar bomba partlayışı isə Əfqanıstan əsgərlərinin maşınının yanında baş vermiş, nəticədə 14 mülki vətəndaş və iki əsgər yaralanmışdır. Qəndəhar şəhərində isə motosikletdə gedən iki nəfər Hindistan konsulluğu binasına qumbara atıb. Hadisə zamanı ziyan çəkən olmayıb.
XS
SM
MD
LG