Accessibility links

Fələstin prezidenti ilə İsrailin baş naziri arasında yüksək səviyyədə görüşün təşkili üçün aparılan səylər nəticəsiz qalıb.


Fəslətin prezidenti Mahmud Abbasla İsrailin baş naziri Ehud Olmert arasında yüksək səviyyədə görüşün təşkili üçün aparılan səylər nəticəsiz qalıb. İsrailin baş naziri sədri olduğu hakim Kadima partiyasına deyib ki, onunla prezident Fələstin prezidenti arasında nəzərdə tutulan zirvə görüşü cənab Mahmud Abbasın İsraildə həbsdə olan bütün fələstinlilərin azad edilməsi tələbini rədd etdiyinə görə baş tuytmayıb. O, bildirib ki, keçən iyun ayında Gəzza Zolağında girov götürülən bir İsrail əsgəri azad edilməyincə bu məsələ həll oluna bilməz. İsrail hökumətinin sözçüsü Miri Eysen cənab Abbasın tələbini qəbuledilməz adlandırıb.

Hakim Həmas qrupunun yaraqlıları iyun ayında İsrailin hərbi bazasına etdikləri reyd zamanı əsgəri girov götürüblər. Həmas əsgərin yüzlərlə fələstinli məhbusla dəyişdirməsini tələb edir. Təxminlərə görə, İsrail həbsxanalarında on minə yaxın fələstinli məhbus var. Fələstində ən çox müzakirə edilən məsələlərdən biri onların azad edilməsi məsələsidir.

Fələstinin siyasi təhlilçisi Bəssam Eyd deyir ki, cənab Abbas indiyə qədər verdiyi bir çox vədi yerinə yetirməyib. Lakin o, həmvətənləri qarşısında sülh danışıqlarının və Milli Birlik hökumətinin təşkilinin əhəmiyyətini vurğulayır. Birləşmiş Ştatlar Fələstində Milli Birlik hökumətinin təşkilini İsrail ilə Fələstin arasındakı sülh danışıqlarına yardım edəcəyinə ümid bəslədiyini bildirir.

XS
SM
MD
LG