Accessibility links

Islamın Britaniya cəmiyyətinə inteqrasiyası başlıca debat mövzusuna çevrilib.


Britaniya hökumətinin naziri deyib ki, Şimali İngiltərədə müsəlman müəllim köməkçisi məktəbdə çadra geyindiyinə görə işdən azad edilməlidir. Yerli hökumət və Icma Birliyi naziri Fil Vulas deyib ki, 24 yaşlı qadının çadra geyməsi onun öz vəzifəsini icra etməsini qeyri-mümkün edir.

Ayın əvvəlində Britaniya nümayəndələr palatasının rəhbəri Cək Strou öz ofisinə gələn qadınların çadranı kənara qoymasını tələb etməsindən sonra ölkədə İslamın Britaniya cəmiyyətinə inteqrasiyası başlıca debat mövzusuna çevrilib. Ötən həftə baş nazir Toni Bleyer Strounu müdafiə edərək bildirib ki, palata lideri Britaniyada yaşayan bütün azlıqların cəmiyyətə inteqrasiya olunmasını istəyir. Müsəlman liderləri isə bu növ şərhləri Britaniya müsəlmanlarının hədəfə alınması kimi qiymətləndirərək onları tənqid edirlər.

XS
SM
MD
LG