Accessibility links

Rusiya hərbi qüvvələrinin komandanı Gürcüstana xəbərdarlıq verib


Rusiya silahlı qüvvələrinin baş komandanı general Yuri Baluyevski Gürcüstana Moskava ilə yaxın əlaqələrə malik olan iki sepratçı regiona qarşı qüvvəlrədən istifadə etməmək barədə xəbərdarlıq verib. Bu gün Moskvada müxbirlərlə danışaın general Rusiyanın Gürcüstan ilə müharibəyə başlamaq niyyəti olmadığını bildirib. Yuri Baluyevski deyib ki, əgər Gürcüstanın müdafiə naziri İrakli Okruaşvili münaqişə istəyirsə, bunun nəticələri ilə üzləşəcək. General Baluyevski bunları NATO-nun hərbi komitəsinin rəhbəri kanadalı general Rey Henaultla görüşündən sonra bildirib.
XS
SM
MD
LG