Accessibility links

Haviyer Solana İranı uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırmağa çağırıb. 


Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana qərb ölkələrinə yeni müzkairələr imkanı yaradılması məqsədi ilə İranı uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırmağa çağırıb. Bu gün Lüksemburqda xarici işlər nazirlərinin toplantısında çıxış edən cənab Solana danışqılara ümid olduğunu deyib. Lakin o, şərtlərin qəbul edilməsinin İrandan asılı olduğunu bildirib. İran prezidenti Mahmud Əhmədinejat isə danışıqlardan əvvəl qoyulan şərtləri rədd edib. Avropa Birliyinin xarici işlər nazirlərirnin BMT-nin Təhlükəszlik Şurasının İrana qarşı sanskiyalarını rəsmən dəstəkləyəcəyi gözlənilir.
XS
SM
MD
LG