Accessibility links

İsrailin baş naziri İran nüvə məsələsini müzakirə etmək üçün Putinlə görüşüb


İsrailin baş naziri Ehud Olmert Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşərək, İran nüvə böhranını müzakirə edib.

Cənab Olmert görüşdən sonra bildirib ki, o, İsrailin Tehranın nüvə ambisiyaları ilə bağlı narahatlığını cənab Putinin anladığına əmindir.

Rusiya Tehrana qarşı sanksiyalara müqavimət göstərir.

İranın nüvə danışıqlarındakı əsas nümayəndəsi Əli Larijani bu gün xəbərdarlıq edib ki, BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləyərsə, vəziyyət radikal duruma gələcək. O, sanksiyalar tətbiq olunarsa, İranın nüvə proqramı ilə bağlı gələcək danışıqlardan imtina edə biləcəyini və Atom Enerjisinə nəzarət agentliyi ilə əməkdaşlığı dayandıra biləcəyini irəli sürüb.

Çərşənbə axşamı Avropa Birliyi də Tehrana qarşı məhdud sanksiyalara tərəfdar olduğunu bildirib.

XS
SM
MD
LG