Accessibility links

İraqda daha 10 amerikan əsgəri öldürülüb


ABŞ hərbi rəsmiləri bildirib ki, təriqətlərarası münaqişəyə son qoymaq üçün səylər davam edərkən 10 amerikan əsgəri öldürülüb.

Beş əsgər Bağdadın şimalında və qərbində bomba partlayışları nəticəsində həlak olub. Şəhərdəki pulemyot atəşi isə bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub.

Üç digər Amerika əsgəri və dəniz piyadası Əl Ənbar və Diyala əyalətlərində xəbər verildiyi kimi, düşmən əməlləri nəticəsində qətlə yetirilib. Bu ay İraqda 68 amerikan əsgəri öldürülüb.

Bu arada ABŞ hərbi idarəsi İraq hökumətinin xahişi ilə şiələrin lideri Moqtəda Əl Sədrin köməkçisini həbsdən azad ediblər.

XS
SM
MD
LG