Accessibility links

Rusiyada QHT-lərin qeydiyyatı problemə çevrilib


Rusiyada fəlaiyyət göstərən qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etməli olduğu vaxt qeydiyyatdan hələ keçməmiş insan haqları qruplarının taleyinin necə olacağı barədə narahatlıqlar şəraitində bitir.

Yeni qanunvericiliyə əsasən, bütün xarici qeyri-hökumət təşkilatları təsisçilərin telefon və pasport nömrələrini qeyd etməlidirlər.

Fransanın xəbər agentliyi qeydiyyat bürosunun rəsmilərinə istinadən xəbər verib ki, bu günə qədər təşkilatların 91 faizi qeydiyyatdan keçib. Rəsmilərin təxminlərinə görə, yeni qanunvericilik 200-dən 500-ə qədər qeyri-hökumət təşkilatına aiddir.

Rəsmi Moskva vaxtında qeydiyyatdan keçməyən təşkilatlara qarşı hansı cəza ölçülərinin götürüləcəyi haqda detalları açıqlamayıb.

XS
SM
MD
LG