Accessibility links

Türkiyə Livana hərbi kontingent göndərib


" hspace=2 src="/azerbaijani/images/ap_turkey_navy_lebanon_20oct06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>BMT-nin sülhməramlı missiyasında ilk müsəlman ölkəsi kimi Türkiyə hərbi qüvvəsini Livana göndərib. Livan-İsrail sərhədlərinə yerləşdiriləcək kontingent, 95 hərbi və milki mühəndis, zirehli maşınlar, buldozerlər və inşaat avadanlığı Livana bu gün çatıb. İsrail və ərəb ölkələri ilə normal münasibətlərə malik olan Türkiyənın BMT missiyasına hərbi yardımı 700 əsgərdən ibarət olacaq. Eyni zamanda BMT-nin livandakı hərbi qüvvələrinin fransız komandiri general-mayor Alain Pollegrini bildirib ki, İsrailin döyüş təyyarələrinin Livan üzərində uçuşları davam etdirilsə, sülhməramlılardan qüvvə kimi istifadə edilə bilər.

XS
SM
MD
LG