Accessibility links

Yaponiya BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını icra etmək niyyətindədir


Yaponiya mediasının verdiyi məlumata əsasən Tokyo BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını icra etmək üçün Hərbi Donanma gəmilərindən və nəzarətçi təyyarələrdən istifadə etməyi nəzərdən keçirir. Hökumət rəsmilərinə istinad edən Yomiuri Şimbun gündəlik qəzeti yazır ki, Yapon hərbi gəmiləri və patrul təyyarələri Şimali Koreyaya gedib gələn gəmi nəqliyyatına nəzarət edəcək. Yaponiyanın İkinci Dünya Müharibəsindən sonrakı konstitutsiyası hücum məqsədləri üçün hərbi qüvvələrdən istifadə olunmasını qadağan edir. Lakin bu qanun Yaponiyaya geniş qaydada özünü müdafiə etmək hüquqları verir.
XS
SM
MD
LG