Accessibility links

Macarıstanda Sovet idarəçiliyinə qarşı üsyanın 50-ci ildönümü qeyd edilib


Macarıstan polisi Budapeştdə Sovet idarəçiliyinə qarşı üsyanın 50 illliyi münasibətilə təntənələr keçirildiyi zaman hökumət əleyhinə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib, rezin güllələr işlədib. Şahidlərin bildirdiyinə görə, polis minlərlə insanın parlament binası qarşısında toplaşmış etiraz nümayişçilərinə qoşulmasının qarşısını almağa çalışıb.

Hadisə yerindənb bir qədər aralı isə Avropanın 20 ökləsinin dövlət başçısı daxil olmaqla, dünyanın onlarla lideri rəsmi təntənələrdə iştirak edib. Rəsmi təntənələr ölkənin milli bayrağının ucaldılması mərasimi ilə başlayıb. Dövlət xadimləri 1956-cı il üsyanında iştirak edənlərin xatirəsinə ucaldılmış heykəlin önünə əklil qoymuşlar.

Sovet ordusu ilə mübarizədə iki min altı yüz macar həlak olmuşdu. Tarixçilərin dediyinə görə, üsyanda roluna görə, 200-dən çox adam edam olunub.

XS
SM
MD
LG