Accessibility links

İsrail təyyarələri Livan üzərində uçuşlarını davam edir


İsrailin döyüş təyyarələrinin Livan üzərində uçuşları, xəbərdarlıqlara baxmayaraq davam edir. Keçən həftə Fransanın müdafiə naziri Mişel Alliot Mari demişdi ki, İsrailin Livanın hava məkanında gecə uçuşları qeyri-qanuni və təhlükəlidir.

Xatırladaq ki, Livanın cənub bölgəsindəki BMT-nin sülhməramlı missiyasına Fransa başçılıq edir. Israilin xarici işlər naziriliyi isə gecə uçuşlarının yalnız kəşfiyyat mahiyyəti və BMT-nin atəşkəslə bağlı qətnaməsinin monitorinqi məsdəqi daşıdığını bildirib.

XS
SM
MD
LG