Accessibility links

Nord Ost böhranında həlak olanların qohumları məhkəməyə müraciət edəcək


2002-ci il Moskva teatrındakı grov böhranı zamanı həlak olanların ailə üzvləri səlahiyyətli nümayəndələrin xilasetmə əməliyyatını necə həyata keçirdikləri ilə bağlı məhkəmə işi qaldıracaqlarını bildiriblər. Girov qurbanlarının qohumlarının sözçüsü Tatyana Karpova rəsmilərin hələ də həmin əməliyyat barədə təfərrüatlı məlumat vermədiklərini bildirib. Lakin o, yaralılara lazımi tibbi yardım göstərilmədiyinin sübut ediləcəyini deyib.

Xatırladaq ki, Rusiyanın Çeçenistandakı mövcudluğuna son qoyulmasını tələb edən şəxslər “Nord Ost” teatrında 700 adamı girov götürmüşdü. 3 gün sonra Rusiyanın təhlükəszlik qüvvələrinin narkotik qazdan istifadə etməklə binaya hücumu nəticəsində 41 hücumçu öldürülmüşdü. Qazın yan təsirləri səbəbi ilə 130-a yaxın insan dünyasını dəyişmişdi.

XS
SM
MD
LG