Accessibility links

Misir polisi həmkarlar ittifaqının seçkilərinə müdaxilə edir


Misrin ən iri müxalifət qruplaşması olan Müsəlman Qardaşlığının verdiyi məlumata görə həmkarlar ittifaqına seçkilər zamanı qeydiyyatdan keçmək istəyərəkən təşkilatın 8 üzvü polis tərəfindən saxlanılıb. Müsəlman Qardaşlığı rəsmilərinin bildirdiyinə görə Misir hökuməti qrupun ümummilli həmkarlar ittifaqında təmsil olunmasının qarşısını almağa çalışır. İttiqafın rəhbərliyi uğrunda seçkilər gələn həftə keçiriləcək. Rəsmi Qahirə seçkilərə müdaxilə etməyəcəyini vəd edib. Qeyd edək ki, Müsəlman Qardaşlığı Misirdə rəsmən qadğana olunub və polis mütəmadi qaydada bu təşkilatın üzvlərini həbs edir.
XS
SM
MD
LG