Accessibility links

Konqres seçkilərinə bir həftə qalır


Bir həftədən sonra amerikalılar Konqres seçkilərində səs verəcəklər. Demokratlar Konqresin Nümayəndələr Palatası və Senata nəzarəti ələ ala biləcəklərinə ümid bəsləyirlər. Ekspertlərin fikrincə, demokratların irəlidə olması onlara bu qələbəni təmin edə bilər. Lakin respublikaçılar məğlub olmayacaqlarını deyirlər. Prezident Buş respublikaçıların seçki kampaniyasına öz töhfəsini verir. Həftənin əvvəli ABŞ prezidenti Texas ştatında seçicilər qarşısında çıxış etdi. Texsdan sonra prezident Buş respublikaçıların xeyrinə kampaniyanı Corciya davam etdirib. Məhz bu ştatda prezident Buşun treytinqi hələ yüksək qalır. Corciya ştatı həm də Amerikanın respublikaçı namizədin demokrat namizəd üzərində qələbə çala biləcəyi az ştatlardan biri hesab edilir. Ölkənin digər yerlərində isə İraq müharibəsinə ictimai dəstək azaldığı üçün respuiblikaçı namizədlərin bir hissəsini özünü prezident Buşun siyasi plaformasından məsafədə saxlamağa çalışır. İctimai rəy sorğuları amerikalıların böyük hissəsinin prezidentin müharibə palnlarından naazrı qaldığını göstərir. Bu şəraitdə demokratlar yeni siyasi kurs götürməyə çağırırlar. Demokratlar İraq müharibəsi başlayandan 3 minə yaxın Amerika əsgərinin öldüyünü, 350 milyard dolların sərf olunduğunu deyir. Onlar ölkə üzrə minimum əmək haqqı səviyyəsinin artırılması daxil olmaqla, yeni proqram təklif edirlər. Respublikaçılarsa seçkilərdə Konrqesə nəzarəti əllərində saxlaya biləcəklərinə inamı itirmirlər, belə ki, seçki kampaniyasına prezidentin özü qoşulub və respublikaçıların səs qazanmaq səyləri də belə görünür, hələ güclü olaraq qalır.
XS
SM
MD
LG