Accessibility links

Şimali Koreya altıtərəfli danışıqlara qayıtmağa razı olub


Birləşmiş Ştatlar və Çin Şimali Koreyanın nüvə sınağı keçirməsindən üç həftə sonra altı-tərəfli danışqlara qayıdacağını bildiriblər. Bəyanat ABŞ, Çin və Şimali Koreya rəsmilərinin Pekində danışıqlarından sonra verilib. 7 saat davam edən görüşdən sonra ABŞ-ın nümayəndəsi bildirib ki, tərəflərdən üçü danışıqların bərpası haqda razılıq əldə edib. Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqların dekabrın əvvəli başlayacağı gözlənilir. Şimali Koreya üç həftə əvvəl nüvə sınağı keçirdiyinə ona qarşı tətbiq edilmiş BMT sanksiyaları danışılıqlar müddətində qüvvədə qalır.
XS
SM
MD
LG