Accessibility links

ABŞ-ın sabiq prezidenti Buş administrasiyasını günahlandırır


ABŞ-ın sabiq prezidenti Cimmi Karter deyib ki, Şimali Koreya ilə nüvə proqramları barədə 1994-cü ildə əldə edilən sazişin qüvvəsini itirməsinin günahı Buş administrasiyasındadır. “Bloomberg” xəbər agentliyinə müsahibə verən sabiq prezident deyib ki, nüvə silahları proqramını donduracağı, istifadədə olmuş yanacaq çubuqlarını soyuduculara yerləşdirəcəyi, beynəlxalq təftişlərə imkan yaradacağına vəd verən Pxenyanın razılığın şərtlərinə riayət etmədiyini söyləmək yanlışlıqdır. Onun dediyinə görə, prezident Buş 2002-ci ildə həmin razılığa əhəmiyyət vermədən Şimali Koreaynı İran və İraqla bərabər “şər mehvəri” adlandırmışdı. Hazırda sülh və insan hüquqları təşkilatına başçılıq edən Cimmi Karter ABŞ-la Şimali Koreya arsında birbaşa danışıqlar keçriilməsinə çağırıb.

XS
SM
MD
LG