Accessibility links

Kerrinin zarafatı qalmaqalla nəticələnib


Hazırda həm Konqres, həm də Ağ Evə nəzarət edən respublikaçılar partiyası seçkilərə İraq, sosial sığorta, nüvə silahlarının yayılmaması və bir sıra digər ciddi məsələlərdə mübahisəli bir mövqe ilə gedir. İctimai rəy sorğularına əsasən, seçicilərin respubaliçılardan narazılığı müxalif demokratlara Konqresin hər iki palatasında nəzarəti ələ almağa imkan verə bilər. Lakin demokrat senator Con Kerrinin Kaliforniyada bir qrup tələbə qarşısında söylədikləri diqqəti seçkinin əsas mövzularından yayındıraraq, öz üzərinə çəkdi.

Senator Kerri tələbələrə dedi ki, onlar yaxşı oxusalar, işləri yaxşı gedəcək, əks halda, İraqda ilişib qalacaqlar. Prezident Buşun başçılıq etdiyi respublikaçılar partiyası dərhal senator Kerrini ABŞ hərbi qüvvələrini təhqir etmkədə günahlandırdı. Con Kerri zarafatın əsas hədəfinin prezident Buşun İraq siyasi olduğunu izah etməyə çalışdı. İraqda siə bir qrup senator Kerriyə düzgün tələffüz olunmayan sözlərdən ibarət bir mesaj göndərib Amerika əsgərlərinin İraqda ilişib qalmalarına kömək etməyə çağırdı.

Vitse-prezident Dik Çeyni də Con Kerrini zarafat hədəfinə çevirdi. Senator Kerri üzr istəsə də, prezident Buşu ABŞ hərbi qüvvələrinə zərər vurmaqda, respublikaçıları isə məsələləri gizlətməkdə itiham etdi.

Bəs Con Kerrinin dediklərinin ictimai rəy sorğularına təsiri necədir. Bu sualın cavabı sorğunu kimin aparmasından asılıdır. Respublikaçı sorğu aparanların fikrincə, artıq respublikaçılar buna güclü reaksiya göstəriblər. Demokrat sorğu aparanlarsa hesab edir, seçicilər dəyişikliklərə səs verəcək, bu isə o qədər böyük məsələ deyil.

Senator Kerri demokratların xeyrinə kampaniya aparmaqdan imtina edərək, diqqəti əsas məsələlərdən yayındırmaq istəmədiyini deyib. Prezident Buşun ictimai rəy sorğularında aşağı reytinqən narahat olan bir çox respublikaçı namizədsə onunla siyasi kampaniya aparmaqdan çəkinmişdir.

XS
SM
MD
LG