Accessibility links

Dünya ictimaiyyəti Səddam Hüseynə qarşı hökmə reaksiya göstərir


Ağ Ev Səddam Hüseynə qarşı çıxarılan ölüm hökmünü alqışlamış və bu günü İraq üçün yaxşı gün adlandırmışdır. Ağ Evin sözçüsü Toni Snou çıxışında deyib ki, belə bir hökmün çıxarılması İraq məhkəməsinin müstəqilliyi deməkdir. Lakin sözçü Səddam Hüseynin vəkilinin ölüm hökmünün prezident Buşun Respublikaçı Partiyasına bir həftə sonra kleçiriləcək Konqres seçkilərində köməyi olacağını deməsini inkar edib.

Britaniyanın ümumiyyətlə ölüm hökmünə qarşı olmasına baxmayaraq, xarici məsələlər üzrə katib Marqaret Beket də bu hökmü alqışlamışdır. BMT-nin İnsan Hüquqları Təşkilatının başçısı Luis Arbour isə appelyasiya məhkəməsinin qərarı təsdiq etdiyi təqdirdə belə, Səddam Hüseyni edam etməməyə çağırıb.

XS
SM
MD
LG