Accessibility links

Qırğızıstan polisi nümayişçilərə qarşı gözyaşardıcı qaz işlədib


Qırğızıstan polisi Bişkekdə müxalifət və hökumət tərəfdarları arasında toqquşmanın qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Ölkədə hökumət və müxalifət arasında dərinləşməkdə olan siyasi böhranda Qırğızıstan prezidenti müxalifəti hakimiyyəti qeyri-qanuni yolla ələ keçirməyə cəhd göstərməkdə ittiham edir. Bu gün paytaxt Bişkekdə müxalifət və hökumət tərəfdarları arasında toqquşma zamanı tərəflər bir-birinə butulka atmış, bir-birini dəyənəklərlə döymüşdür. Bir qədər sonra hadisə yerinə gəlmiş polis tərəfləri bir-birindən ayırmaq üçün tüstü bombası və gözyaşardıcı qazdan istifadə etmişdir. Qırğızıstanın səhiyyə nazirliyi az sayda xəsarət alanın olduğunu bildirir. Zorakılıqlar ikinci həftədir davam edən siyasi böhranın dərinləşdiyinə işarə kimi qiymətləndirilir. İlk dəfə olaraq müxbirlərin suallarına cavab verən prezident Kurmanbek Bakiyev müxalifəti ölkədə hakimyyəti qeyri-qanuni olaraq ələ keçirməyə cəhd göstərməkdə ittiham edib. O, ötən gecə müxalifətin parlamentdə prezidentin hakimyyətinin məhdudlaşdırıldığı yeni konsutitisiya layihəsini irəli sürdüyü fövqəadə iclasını qeyd etdi. Cənab Bakiyev dedi ki, bu, konstitusiya əleyihə bir addımdır və xəbərdarlıq etdi ki, müxalifət göri çəkilməsə, o, parlamenti buraxmaq məcburiyyəti qarşısında qala bilər. Qırğızıstan prezidenti bu açıqlamaları baş nazir Fliks Kulovla birgə mətbuat konfransı zamanı verib. Onlar xalqı hökumətin vəziyyətə nəzarət etdiyinə əmin etməyə çalışıblar. Legitimliyi sual altında olan müxalifətsə öz addımlarını müdafiə edirək, böhranın çevik aksiyalara ehtiyac olduğunu göstərdiyini deyir. 16 aydır hakimiyyətdə olan sabiq müxalifət lideri Kurmanbek Bakıyev hökuməti yüksək səviyyəli şəxslərin qətlləri, həbsxana qiyamları və korrupsiya ilə yadda qalıb.

XS
SM
MD
LG