Accessibility links

VOA Fokus: İranda əzilən azlıqlar

  • Zlatika Hok

İran nüvə proqramı ilə bağlı davam edən qarşıdurma ötən illərdə həmin ölkədə vüsət almış başqa problemləri kölgələyib. İnsan hüquq müdafiəçilərinin Irandan verdiyi məlumata əsasən, İranda rejim azlıqda olan etnik qruplara qarşı repressiyanı gücləndirməkdədir.

İran şəhəri Təbriz bütün dünyada özünün ən yaxşı keyfiyyətli xalçalarına görə tanınır. Bu şəhər Şimal-Qərbi İranda yerləşən Şərqi Azərbaycan vilayətinin paytaxtı və başlıca ticarət mərkəzidir. Bu ərazidə yaşayan 17 milyon Azərbaycanlı şimaldakı Azərbaycan Respublikasında yaşayan qonşuları ilə eyni dil və mədəniyyəti bölüşürlər. İranın rəsmi dili Fars dilidir. Lakin onun konstitusiyası azlıqlara - Azərilərə, Kürdlərə, Ərəblərə, Yəhudilərə və başqlarına öz dillərində məktəb açmaq, biznes qurmaq, teleradio yayınmlamaq və qəzet nəşr etmək hüququ verir.

Lakin San Fransisko Dövlət universitetinin professor yardımçısı Məzyar Behruzun dediyinə görə rejim adətən bu hüquqları təmin etməkdən boyun qaçırır.

"İran multi-etnik ölkədir ki, burada Farslar əhalinin 50 faizindən bir az çoxunu təşkil edirlər. Lakin fars dili ümummilli dildir. İranda mədəniyyətin, təhsilin və idarəçiliyin dili budur. Başqa dillərin tədrisi bu kontekstdə problem olmamalıdır və Konstitusiya buna imkan verir. Lakin praktikada bu, icra olunmur".

Azərbaycanlılar tez-tez Azərbaycandilli məktəblərin olmamasına etiraz edərək baykota səsləyirlər. Bu aksiyaların təşkilatçıları adətən həbs olunur.

Amnesty international təşkilatının veridiy məlumata görə, İran Azərbaycanında son məktəb baykotunu dəstəkləmiş 15 adam həbsə alınıb. Qrupun london ofisinin sözçüsü Nukol Kueyri bildirir ki, həmin bu adamlar hökumətə qarşı fəaliyyət göstərməkdə günahlandırırlırlar.

"Bu adamlar həbs olunanda onların ən adi hüquqları pozulur. Ailələrini və vəkillərini görməkdən məhrum edilirlər. Və onların əksəriyyəti heç bir ittiham irəli sürülmədən həbsdə qalır və orada işgəncələrə məruz qalırlar."

Azərbaycanda, Türkiyədə və İraqda yaşayan Türkdillilər İranın ölkədəki ən iri azlığa qarşı basqılarından narahatdırlar. Vaşinqtonda fəaliyyət götərən "Risk menecment"in rəhbəri Əli Küknar deyir ki, Azərbaycan və Türkiyə hökumətləri hələlik İran hökumətini qəzəbləndirməmək üçün müdaxilə etmirlər:

"Azərbaycan hökuməti İranla dinc qonşuluq münsaibtələri yaratmaq istəyir və bu səbəbdən onlar mübahisədən kənarda dayanıblar. İrandakı etnik Azəri hərəkatı bunu anlayır və dəyərləndirir. Və onlar çalışırlar ki, şimaldakı qardaşılarına çətinlik yaratmasınlar. Türkiyənin İranla münasibətləri də keçmişdə təlatümlü olub. Amma son vaxtlar İran-Türkiyə münasibətləri yaxşılaşmağa başlayıb, və İrandakı Azərilər Türkiyə hökumətini bu mübahisəyə qatmaq istəmirlər".

Küknarın dediyinə görə, İran Azəriləri Şiə müsəlmanı olaraq ölkənin şiə hökumətinə loyal olublar. Onların etirazları əsasən dinc xarakter daşıyıb. Lakin İran əhalisinin 7 faizini təşkil edən Kürdlər muxtariyyət tələb ediblər və bütün 20-ci əsr boyu onlar İran hökumətinə qarşı silahlı mübarizə aparıblar.

Amerika Xarici Siyasət İnstitutunun direktoru İlan Berman deyir ki, prezident Mahmud Əhmədinejadın İranın nəhəng Azəri azlığına qarşı repressiyanı gücləndirməsinə səbəb onun Azərilərin Kürdlərin yolu ilə gedəcəyindən ehtiyat etməsidir.

"Uzun müddət rejim əhalisinin bu kəsimini öz müqəddəratını həll etməkdən saxlamaq məqsədilə bir neçə yollar arayıb. Belə ki, Güney Azərbaycan adlandırdıqları İranın şimal hissəsində yaşayan Azərilərin sayı, bütün Azərbaycan Respublikasında yaşayanların sayından çoxdur. Azərilər İran əhalisinin böyük faizini təşkil edirlər və əgər onlar ciddi şəkildə müstəqillik yolunu seçsələr onda bu, Azərbaycan Respublikasına doğru istiqamətlənmiş olacaq. Bu isə o deməkdir ki, onlar İslam Respublikasının bir hissəsini qopararaq onu Azərbaycana birləşdirəcəklər. İranlılar isə hər vəchlə bu ssenarinin qarşısını almağa çalışırlar".

Lakin özünün ən iri azlığının tələbləriniə cavab vermək əvəzinə İran hökuməti onu son aylarda daha da qəzəbləndirib və özündən uzaqlaşdırıb.

Ötən May İranın dövlət qəzetində Azərbaycan Türkcəsində danışanları tarakan kimi cizgiləndirən karikaturadan sonra Tehranda və bir neçə başqa şəhərlədə küçə nümayişləri vüsət aldı. Hökumət qəzetin nəşrini dayandırdı, onun redaktorunu və karikatura müəllifini həbsə saldı. Lakin eyni zamanda hökumət etiraz edənlərə qarşı basqılar etdi. Baş verən toqquşmalar nəticəsində 4 adam öldürüldü, 40 nəfər yaralandı və 200-ə yaxın nümayişçi həbs edildi.

Birləşmiş Ştatlar iran bu addımlarını qətiyyəltə pisləyib. ABŞ dövlət Departamentinin sözçüsü Kurtis Kuper bu yaxınğlarda Tehranın öz hüquqları uğrunda mübarizə aparan adamlara qarşı təqiblərini tənqid etdi. "Biz rejimin İrandakı etnik və dini azlıqlara - o cünlədən Azərilərə, Kürdlərə və Ərəblərə qarşı davam edən repressiyalarından dərin narahatlıq keçiririk. Rejimin irticası dini azlıqlara, tələbələrə, qadınlara , əmək ittifaqlarına, jurnalistlərə və müəllimlərə təsir göstərir. Biz iran hökumətini daim İranda yaşayan bütün xalqarın hüquqlarına hörmət etməyə səsləmişik və sərbəst söz və toplaşma azadlığı hüquqlarından istifadə etdiklərinə görə həbsedilmiş şəxslərin azadlığa buraxılmasını tələb edirik".

Bir çox təhlilçilər razılaşırlar ki, başı iranın nüvə proqramına qarışmış Qərb dünyası iranın etnik azlıqlarının müdafiəsi üçün güman ki, əlavə addımlar atmayacaq. Lakin bəziləri xəbərdarlıq edirlər ki, əgər vəziyyət pisləşsə, onda İran Azərilərinin Azərbaycanda, Türkiyədə və İraqda yaşayan soydaşları situasiyaya müdaxilə edə bilərlər.

XS
SM
MD
LG