Accessibility links

İsrailin baş naziri Amerikadadır


İsrailin baş naziri Ehud Olmert bu gün Ağ Evdə prezident Buş tərəfindən qəbul edilib. Görüşün diqqət mərkəzində İranın nüvə silahları proqramı yer alıb. ABŞ prezidenti Corc Buş deyib ki, nüvə ilə silahlanmış İran “sabitsizləşdirici qüvvə” ola bilər. Dünən İsrailin baş naziri ABŞ dövlət katibi Kondolizza Raysla şam yeməyində bir sıra məsələləri müzakirə etmişdi. ABŞ-ın NBC tele-şirkətinə müsahibə verən Ehud OLmert İranla müharibə etmək istəmədiyini deyib. O bildirib ki, İranı nüvə silahı istehsalından çəkindirəcək kompromizi qəbul edə bilər. Ehud Olmert həmçinin bildirib ki, prezident Buşu qane edən hər bir kompromiz onun ücün də qanenedici ola bilər. Bu isə bir halda mümkündür, İranın nüvə silahları proqramından əl çəkdiyi təqdirdə.

XS
SM
MD
LG