Accessibility links

İran prezidenti Amerika xalqına müraciət hazırlayır


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə yanacaq proqramının başa çatmasını tezliklə bayram edəcəyinə ümid etdiyini bildirib.

Bu gün Tehranda jurnalistlərlə danışan Əhmədinejad deyib ki, bir çox ölkələr nüvə yanacaq sisteminə malik İranın mövcudluğu ilə razılaşıblar. O, hansı ölkələri nəzərdə tutduğunu deməyib.

Əhmədinejad həmçinin İranın ABŞ-la danışıqlara razı olduğunu deyib, amma "yalnız Vaşinqton öz davranışında düzəlişlər edərsə"…

İran prezidenti həmçinin Amerika xalqına müraciət hazırladığını da deyib.

Bazar ertəsi president Buş İranın dialoq arzusu varsa uranın zənginləşdirilməsi proqramını dayandırmalı olduğunu deyib.

Bu arada BMT-nin nüvə enerjisinə nəzarət agentliyi bildirib ki, İran uranın zənginləşdirilməsi proqramını inkişaf etdirərək BMT müfəttişləri ilə əməkdaşlıqdan boyun qaçırır. Beynəlxalq Atom Enerjisi Agentliyi bu bəyanatı xəbər agentlikləri tərəfindən bu gün əldə edilən məxfi raportunda edib.

XS
SM
MD
LG