Accessibility links

İraqın baş naziri girovdarların dərhal tapılmasına çağırıb


İraqın baş naziri Nuri Əl Maliki Bağdadın Karradah mahalından 100-dən çox adamı girov götürən silahlı şəxslərin dərhal tapılmasına çağırıb.

Dünən polis paltarı geymiş 80-ə yaxın yaraqlı 100-dən çox adamı Ali Təhsil Nazirliyinin Elmi Tədqiqat institutundan girov götürüb. Onlar girovların çoxunu sonra azad ediblər, lakin rəsmilər bir neçə nəfərin hələ də girov saxlandığını bildirirlər.

Cənab Maliki ziyalıları qaçıran və universitetin işinə mane olan girovdarların ekstremistlərdən də pis olduğunu deyib. O, Bağdad universitertində keçirdiyi mətbuat konfransında deyib ki, İraqın gələcəyi müəllim və tələbələrdir. Onlara qəsd edənlər ölkəni məhv etməyə çalışır və bu, dözülməzdir.

Girov məsələsilə bağlı Karradah mahalının 5 yüksək rütbəli polis zabiti sorğu-suala çəkilib. Baş nazir Əl Maliki ölkənin təhlükəsizlik qüvvələrilə bağlılığı iddia olunan şiə yaraqlılarının qarşısını ala bilmədiyinə görə tənqidlərlə üzləşib. Baş nazir kabinetində dəyişikliklər edəcəyinə və şiə olan daxili işlər nazirini vəzifəsindən azad edəcəyinə söz verib. Cənab Əl Maliki deyib ki, ölkəsi yaraqlı və terrorçu qruplardan, həmçinin Səddama sadiq qalan qüvvələrdən əziyyət çəkir. Alimlərin girov götürülməsi də Əl Malikinin sözlərinə görə, yaraqlı qruplar arasındakı hərcmərcliyin nəticəsidir.

XS
SM
MD
LG