Accessibility links

Prezident Buş Sinqapur universitetində çıxış edib


Prezident Buş Asiyaya səfərinin ilk günü Sinqapur universitetində məruzə edib. ABŞ prezidenti Birləşmşi Ştatların regionda tərəqqi və təhlükəsizliyin gücləndirilməsi işi ilə məşğul olmağa davam edəcəyi vədini verib. Cənab Buş deyib ki, Amerikanın maraqları Sakit Okeanı Regionunda azadlıq və imkanların genişləndirilməsindən asılıdır. Prezident Buş vəd edib ki, ABŞ-ın regionda fəaliyyəti daxili işlərə müdaxilə etmək deyil, əməkdaşlıq prinsipləri üzərində qurulacaq.

Sinqapur prezident Buşun Vyetnamda Asiya-Sakit Okeanı Iqtisadi Əməkdaşlıq Qrupunun illik iclasında iştirak etmək üçün 8 gün ərzində dörd ölkəyə edəcəyi səfərin ilk dayanacağıdır.

XS
SM
MD
LG