Accessibility links

AP İranda insan hüquqlarının vəziyyətinə dair qətnamə qəbul edib


Avropa Parlamentinin plenar sessiyasının qapanışında İranda azlıqların hüquqlarının müdafiəsi və din azadlığına dair qətnamə qəbul edilib. 60 leyhinə, o əleyhinə və 3 bitərəf səslə qəbul edilən qətnamədə deyilir ki, 2005-ci ilin iyun ayından prezident Mahmud Əhmədenejadın hakimiyyətə gəlməsindən sonra İranda insan hüquqlarının vəziyyəti daha da pisləşib. Burada hər bir vətəndaşa mülki hüquqları və siyasi azadlıq verilməsinə səslənir. Qərnamədə İranın ratifikasiya etdiyi beynəlxalq konvensiyalara əməl edəcəyi öhdəliklərinə sadiq qalacağına ümid edildiyi bildirilir. Sənəddə İranın səlahiyyətli nümayəndələri beynəxlaq ictimaiyyət tərəfindən qəbul edilən azlıqların dini etiqadlarına hörmət göstərilməsi və dini, habelə etnik zəmində kürd, azəri, ərəb və bəluclar kimi azlıqlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə çağırılır. Avropa Parlamentinin üzvləri Azərbaycan türklərini müdafiə edən və iyun ayının 14-dən yoxa çıxan vəkil Saleh Kampaninin taleyi ilə bağlı narahatlıqlarını bildiriblər.

XS
SM
MD
LG