Accessibility links

Gürcüstanın iqtisadi inkişaf naziri istefa verib


İrakli Okruaşvili bir həftə öncə müdafiə naziri vəzifəsindən Gürcüstanın iqtisadi inkişaf naziri vəzifəsinə təyin olunmuşdu. Baş nazir Zurab Noqaidelinin bildirdiyinə görə, İrakli Okruaşvili bu addımı nə üçün atdığının səbəblərini göstərməyib. Gürcüstan prezidenti Mixail Saakaşvili onu keçən həftə iqtiasdi inkişaf naziri təyin etmişdi. Müdaifə naziri kimi İrakli Okruaşvili Cənubi Osetiya və Abxaziya regionlarında separatçılara qarşı sərt siyasət yeridirdi. İrakli Okruaşvili sentyabr ayında Cənubi Osetiyada separatçıların atəşə tutduğu vertolyotda olmuşdu.
XS
SM
MD
LG