Accessibility links

İran və Zimbabve ABŞ-ın dominantlığına qarşı mübarizə aparacaqlarına söz verib


İran və Zimbabve prezidentləri iqtisadi əlaqələri gücləndirməyə və ABŞ-ın dominanatlığına etiraz etməvə söz veriblər. İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, iki ölkə ABŞ və Britaniyanın dominantlığını qəbul etməyəcək və hazırkı sistemə son qoymaq üçün əməkdaşlıq aparacaq. İran prezidenti bu açıqlamaları İrana dörd günlük səfərlə gəlmiş Zimbabve prezidenti Robert Muqabeni alqışlayandan sonra verib. Dövlət başçılarının iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsi yollarını da müzakirə edəcəyi gözlənilir.
XS
SM
MD
LG