Accessibility links

Skinhedlərin hücumuna məruz qalmış qırğız komadadır


Bazar günü Moskva yaxınlığında qatarda bir qrup ultramillətçi gəncin hücumuna məruz qalmış qırğızın xəstəxanada koma vəziyyətində olduğu bildirilir.

Rəsmilər 23 yaşlı Çingiz Kaylipovun böyük ehtimalla başıqırxıqlardan olan gənclərin onu metal çubuqlarla döyməsi nəticəsində ciddi baş zədəsi aldığını deyir.

Onların sözlərinə görə, polis cinayətdə şübhəli bilinən azı 11 nəfəri saxlayıb. Hücum Rusiya şəhərlərində əsasən Qafqazdan, yaxud Mərkəzi Asiya ölkələrindən olanlara qarşı irqçi hücumlar dalğasının son insidentidir.

XS
SM
MD
LG