Accessibility links

Keçmiş rus casusu ölümlə mübarizə aparır


Londonda qəsdən zəhərləndiyi gümanıyla xəstəxanaya yatırılan keçmiş casus Aleksandr Litvinenkonun yaxın dostu onun həyat uğrunda münbarizə apardığını deyib.

Skotland yard sui-qəsd versiyasının üzərində işləyir.

Litvinenkonun dostu Qoldfarb keçmiş casusun vəziyyətinin ağır olduğöunu bildirir və onun Rusiya prezidentina qarşı kəskin tənqidlərinə görə qəsdə məruz qaldığını deyir.

Bu arada zəhərləndiyi gün Litvinenko ilə nahar edən italiyalı alim Mario Skarmela keçmiş casusla aldığı anonim bir məktubu müzakirə etmək üçün görüş təyin etdiyini deyib. Alimin dediyinə görə, məktubda qətli sifariş olunan adamların siyahısı və onların arasında Litvinenkonun və Skarmelanın adları var idi.

XS
SM
MD
LG