Accessibility links

Ukrayna narıncı inqilabın ikinci ildönümünü qeyd edir


Bu gün Ukraynada Narıncı İnqilabın ikinci ildönümünü qeyd edir. O zaman kütləvi küçə nümayişləri nəticəsində sabiq prezident Leonid Kuçma vəzifəsindən uzaqlaşdırılmış, Viktor Yuşenko prezident vəzifəsinə gətirilmişdi. Cənab Yuşenko ukraynalıların çoxunun hələ də işdə tətbiq olunduğunu görmədiyi qərb yönlü islahatların Ukraynaya gətirilməsinə səy göstərir.

Narıncı geyimli insanların izdihamlı nümayişlərinin əsas nöqtəsi olmuş Kiyevin Müstəqillik Meydanı süküt içindədir. Bu gün burada heç bir rəsmi tədbir nəzərdə tutulmayıb. Buna səbəb odur ki, ukraynalıların əksəriyyəti 2004-cü il prezident seçkiləri zamanı saxtakarlıqlara cavab olaraq başlamış kütləvi nümayışlərin nə hökümətin işinə, nə də onların həyatına heç bir real dəyişiklik gətirmədiyini düşünür.

Prezident Yuşenkonun rəhbərlik etditi Bizim Ukrayna partiyası bu il keçirilmiş parlament seçkilərindən sonra yenidən siyasi müxalifət dəstəsinə qayıdıb. Onun siyasi rəqibi Viktor Yanukoviç isə hal-hazırda ölkənin baş naziri təyin olunub. Xatırladırıq ki, cənab Yanukoviçin seçkilərin ilkin nəticəsinə görə qələbə qazanması nümayışlərə səbəb olmuşdu.

Kiyevdə yaşayan müstəqil politoloq İvan Lozovı deyir ki, Ukraynanın müxalifətçi nümayişçiləri cənab Yuşşenkoya və onun demokratik islahatlar barədə çağırışlarına səmimi qəlbdən inanmışdılar. Lozovının sözlərinə görə, onların inamı azalmış və bunun nəticəsində prezidentin mövqeyi zəifləşmişdir: “O nəinki Qərbdə, həm də Ukraynada tanınmış və qəbul edilmiş bir şəxs idi. Vaxtı ilə o həddindən artıq güclü bir rəqibə, hamını ona qarşı mübarizədə birləşdirmiş sabiq Kuçma rejiminə qələbə çalmışdır. Lakin o bu etimadı son bir il yarım ərzində doğrulda bilmədi. Mən onu tənha, məsələlərdən uzağlaşmış və işlərə qarışmayan, siyasi təşəbbüs göstərməyən bir şəxs adlandırardım. Onun haradan gəldiyi və haraya getdiyi sualına cavab vermək çətindir və Ukrayna seçiciləri bunu görürlər".

Cənab Lozovının sözlərinə görə, hökümət daxili mübarizələrin davam etməsi nəticəsində prezident Yuşenkonun etimad reytinqi həddindən aşağıdır. Eyni zamanda, prezident Yuşşenko deyir ki, indiki mərhələdə Ukraynanın demokratik qüvvələrinin milli layihə ətrafında birləşərək fəaliyyət göstərməsi lazımdır.

XS
SM
MD
LG