Accessibility links

Bağdad yaxınlığındakı reydlərdə 21 nəfər öldürülüb


İraq polisi bildirib ki, Bağdad ətrafındakı əsasən şiələr yaşayan məntəqələrdə aparılmış reydlər nəticəsində 21 nəfər öldürülüb.

Diyala vilayətində həyata keçirilmiş hücum sünni və şiə müsəlmanları arasında münaqişənin daha da genişlənməsi barədə narahatlığı artırmışdır.

BMT-nin ölkədəki nümayəndəsi xəbərdar edib ki, bu cür toqquşmalar vətəndaş müharibəsinə səbəb ola bilər. O, hər iki qrupun nümayəndələrini danışıqlar apamağa çağırmışdır.

Eyni zamanda ABŞ hərbçilərinin verdiyi məlumata görə, koalisiya qoşunları reyd apararaq yaraqlıların bomba zavodunu dağıdıb. 22 nəfər yaraqlı öldürülüb.

XS
SM
MD
LG