Accessibility links

Prezident Buş NATO sammitində iştirak etmək üçün Latviyaya yola düşüb


ABŞ prezidenti həftənin çərşənbə günü Latviyada açılacaq sammitə qatılmazdan önvə qısa səfərlə qonşu Estoniyada olacaq. Riqada NATO sammitində ABŞ prezidenti NATO partnyorları ilə Əfqanıstanda sülhümühafizə əməliyyatları və İraqın gələcəyi məsələlərini müzakirə edəcək. Həm İraq, həm Əfqanıstana hərbi qüvvə göndərən Estoniya və Latviya ABŞ-ın mühüm müttəfiqləri hesab olunur. Prezident Buş sammit çərçivəsində Latviya universitetində Şimali Atlantik alyansın gələcəyilə bağlı məruzə edəcək. Buş administrasiyasının bildirdiyinə görə, prezident Buşun NATO sammitində quruma üzv 26 ölkənin daha artıq maliyyə və hərbi yardım verməsinə çalışacağı gözlənilir. NATO liderlərinin Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç və Finlandiya ilə xüsusi təyinatlı qüvvələr daxil olmaqla, hərbi qüvvələrə təlim verilməsində daha yaxından əməkdaşlığa çağıracağı deyilir. Latviyada sammitdə iştirak etdikdən sonra prezident Buş İraqın baş naziri Nuri əl-Maliki ilə danışıqlar keçirmək üçün İordaniyaya, Əmmana yollanacaq.


XS
SM
MD
LG