Accessibility links

BMT-nin İnsan Hüquqları Şurasının üçüncü sessiyası işinə başlayıb


Bəzi hökumətlər və insan hüquqları təşkilatları arasında qurumun siyasiləşdirilməsi ilə bağlı narahatlıqlar artmaqdadır. BMT-nin insan hüquqları komissiyasını əvəz edən yeni şuranın fəaliyyəti bir çoxlarını narahat edir. Bəzi qruplar İnsan Hüquqları Şurası dünyada insan hüquqlarının acınacaqlı vəziyyəti deyil, İsrail-Fələstin məsələsinə üstünlük verdiyindən narahatdır. İnsan Hüquqları Şurasının iyun ayında təsis edilməsindən sonra təşkil edilən iki sessiyasında diqqət mərkəzində Qəzza Zolağındakı durum yer almışdı. Xüsusi bir sessiyada isə İsrail-Hizbullah münaqişəsi müzakirə mövzusu olmuşdu. Şuranın təsisinə güclü dəstək verən BMT-nin baş katibi Kofi Annan belə deyir ki, şuranın iş çərçivəsi genişləndirilməli və müxtəlif məsələlərin müzakirəsinə yer verməlidir. BMT-nin Watch monitorinq qrupunun bildirdiyinə görə, şuraya üzv ölkələrin əksəriyyəti qeyri-demokratik və repressiv rejimlərdir. Onların yalnız 11-i şuranın müdafə etdiyi dəyərlər və prinsiplərə sadiqdir. Bunlara Avropa ölkələri, Kanada və Yaponiya daxildir.

XS
SM
MD
LG