Accessibility links

Minskdə MDB-nin sammiti keçirilir


11 keçmiş Sovet respublikasının liderləri Belarusun paytaxtı Minskdə keçirilən sammitdə iştirak edir. Sammitin gündəliyində 15 illik bu təşkilatın yenidən qurulması məsələsi yer alır. Müstəqil Dövlətlər Birliyinin son yığıncaqları üzv ölkələr ararsında daxili məsələlərlə bağlı mübahisələrlə keçirilib. Dominantlıq edən Rusiya təbbi qazın qiymətinin qaldırılacağı xəbərdarlığına görə bəzi üzv dövlətlərin qəzəbinə səbəb olub. Gürcüstan və Ukraynanın üzvlüyünü qazanmağa çalışdığı NATO Latviyada sammit keçirir. Rusiya isə bir zamanlar öz nəzarəti altında olan ölkələrin NATO-ya üzvlüyünün əleyhinə çıxış edir.
XS
SM
MD
LG