Accessibility links

ABŞ prezidenti Corc Buş İordaniyadadır


ABŞ prezidenti Corc Buş İraqdakı zorakılıqların qarşısının alınması yollarının müzakirəsi məqsədi ilə İordaniyda İraqın baş naziri Nuri Əl-Maliki və İordaniya kralı Abdulla ilə görüş keçirib.NATO-nun Latviya sammitindən İordaniyaya gedən prezident Buş İraqda Əl-Qaidə terrorçularının təriqətlərarası zorakılıqları qızışdırdığını bildirib. O deyib ki, Amerika Birləşmiş Ştatları İraq qüvvələrinə daha artıq məsuliyyət verilməsi səylərini davam etdirir. Prezident Amerikanın missiyası başa çatdırılmayanadək hərbi qüvvələrin ölkəni tərk etməyəcəyini deyib. İordaniyada ABŞ prezidenti Corc Buşun səfrinə etiraz olaraq aksiya təşkil edilib. Parlament bunası qarşısında toplaşan solçu nümayişçilər əllərində “Biz İsrail və Amerikanın sülhünü istəmirik, biz davamlı sülh istəyirik” sözləri yazılmış plakatlar qaldırıb. Prezident Buşun səfərindən əvvəl ölkədə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Prezident Buşun səfəri BMT-nin Təhlükəsizlik Şurasının yekdilliklə 160000 əsgərdən ibarət çoxmillətli hərbi qüvvənin İraqda qalma müddətinin bir il uzadılmasını təsdiq etməsindən sonraya təsadüf edir. Bütün bunlarla yanaşı “New York Times” qəzetinin yazdığına görə, prezidentin milli təhlükəsizlik məsələləri zürə müşaviri Stefen Hadli İraqın baş nazirinin ölkədəki təriqətlərarası zorakılqlarla mübarizə aparmaq qabiliyiyətini sual altına alıb. Stefen Hadli oktyabr ayının 30-u Bağdadda olub, baş nazir Əl-Maliki ilə təkbətək görüş keçirmişdi.

XS
SM
MD
LG