Accessibility links

Fələstin: Həmas və Fətah razılığa gələ bilmədi


Hakim Həmas yaraqlı qrupun başçısı rəqibi Fələstinin liderlərinin istefa tələbini rədd edib.

Fətah təşkilatının başçısı prezident Mahmud Abbas milli birlik hökumətin yaradılması üçün aylardan bəri Həmas ilə apardığı danışıqları nəticə vermədikdən sonra, Fətah liderlərinin yğıncağını təşkil edib.

Fətahın liderləri Həması istefaya çağırıblar. Onlar bildiriblər ki, bu yolla Qərbin qəbul edə biləcəyi mötədil bir hökumətin yaranmasına zəmin yaradıla bilər.

Cənab Abbas ölkədə mötədil bir hökumətin təşkilindən sonra beynəlxalq ictimaiyyətin Fələstin muxtar idarəsinə tətbiq etdiyi sanksiiyaları ləğv edəcəyinə ümid bəsləyir.

Hakim Həmas ilə rəqibi Fətah təşkilatı arasında hakimiyyət uğrunda gedən mübarizə daha da kəskinləşib. Qeyd edək ki, Həmas zorakılıqdan əl çəkmək və İsrailin mövcuddiyətini tanımaq barədəki beynəlxalq ictimaiyyətin tələbini rədd etdiyinə görə, beynəlxalq ictimaiyyət Həmasın başçılıq etdiyi Fələstin Muxtar idarəsinə qarşı sanksiyalar tətbiq edib.

Fətah təşkilatının bəzi liderləri bu vəziyyətədən çıxış yolunu növbədənkənar seçkilərin keçirilməsində görürlər. Lakin Fələstinin siyasi təhlilçisi Əbü Nassir deyir: "Mən indiki şəraitdə Fətahın seçkilərdə qələbə çalacağına inanmıram.”

Təxminən bir il əvvəl Fələstin seçiciləri korrupsiyaya görə, Fətah təşkilatına yox Həmasa üstünlük vermişlər.

Bu arada Avropa Birliyinin Xarici siyasət idarəsinin başçısı Havyer Solana prezident Abbas ilə görüşdükdən sonra deyib ki, Həmas rəqibi Fətah ilə milli birlik hökumətin təşkili barədəki mükəmməl imkanı əldən verib.

XS
SM
MD
LG