Accessibility links

Türkiyənin baş naziri İranda səfərdədir


Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan Tehranda İran liderləri ilə görüşərək regional gərginliyi və ikitərəfli ticarəti müzakirə edib. Cənab Ərdoğan İran prezidenti Mahmud Əhmədinejad və vitse-prezdient Pərviz Davudi ilə görüşüb.

İranın dövlət mediasının bildirdiyinə görə cənab Ərdoğan görüşdə İraqdakı situasiyaya da toxunub. İran və Türkiyə İraqla sərhəddə yerləşən dövlətlər kimi təriqətlərarası zorakılıqrdan narahatdırlar.

Türkiyənin baş naziri həmçinin İranla ticarəti inkişaf etdirmək haqda müzakirələr aparıb. Onu bu səfərdə Türkiyənin neft-qaz sənayesinin rəsmiləri müşaiyət edir.

XS
SM
MD
LG