Accessibility links

Hüqo Çaves yenidən Venesuelanın prezidenti seçilib


Venesuelanın seçki rəsmiləri bildiriblər ki, dünən keçirilən seçkilərdə Hüqo Çaves 60%-dən çox səs toplayaraq yenidən 6 il müddətinə prezident seçildi. Venesuela paytaxtında şiddətli yağışlara baxmayaraq, prezident Çavesi dəstəkləyənlər onun çıxışına qulaq asmaq üçün Karakasdakı prezident iqamətgahı qarşısına yığışmışdı. Venesuela prezidenti deyib: “Yaşasın Venesuela xalqı! Yaşasın Sosialist İnqilabı! Yaşasın Venesuela Bolivar! Yaşasın qələbəmiz!“ Hüqo Çavez bildirib ki, seçicilər ona səs verməklə özlərinə səs vermişlər. Çünki o, xalqı təmsil edir. O, qələbəsini Kuba prezidenti Fidel Kastroya ithaf etdiyini bildirib və venesuelalıların Birləşmiş Ştatların imperializminə qarşı mübarizəsini xüsusi qeyd edib. Hüqo Çaves qələbəsinin prezident Buşun məğlubiyyəti oldğunu bildirib. O, Bolivar inqilabının yeni bir erasının başlandığını deyib. XIX əsrin istiqlal hərəkatının lideri Simon Bolivarın adını daşıyan proqrama əsasən Hüqo Çaves ölkənin neft gəlirlərindən əldə edilən vəsaitin yoxsullara yardıma sərf ediləcəyini bildirib. Prezident çıxışını Venesuelanın Milli Seçki Şurasının başçısı Tibisay Lusenanın seçkilərin nəticəsini elan etməsindən sonra edib. Qeyd edək ki, nəticələrə əsasən prezident Çaves 5,9 milyon, onun rəqibi Manuel Rosalesa isə 3,8 milyon səs toplayıb.

XS
SM
MD
LG