Accessibility links

Senatda Robert Geytsin Müdafiə naziri vəzifəsinə təyinatı ilə bağlı dinləmələr keçirilir


Senatın Silahlı qüvvələr komitəsində prezident Buşun Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürdüyü Robert Geytsin bu vəzifəyə təsdiqilə bağlı dinləmələr başlayıb.

Dinləmələrdən öncə bu gün səhər Ağ Evdə Geytslə görüşən prezident Buş Senatı onu Müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağırıb. Prerzident Buş Robert Geyts haqda yüksək fikirdə olduğunu bildirib. O, Bob Geytsin yaxşı Müdafiə naziri olacağına inandığını deyib. ABŞ prezidenti Geytsin Birləşmiş Ştatlar Senatında ifadə verməsini yüksək dəyərləndirdiyini və onun tezliklə təsdiq olunacağına ümid bəslədiyini bildirib.

Robert Geytsin Senatda çox az müxalifətlə qarşılaşacağı gözlənilir. Silahlı qüvvələr komitəsində onun təsdiqilə bağlı dinləmlərsə onun qabiliyyətindən daha çox prezident idarəsinin İraq siyasəti üzərində mərkəzləşəcəyi gözlənilir.

Robert Geyts qanunveriçilərə yaxşı tanışdır. O, 1990-cu illərdə Mərkəzi Kəşfiyyat idarəsinə başçılıq etmiş və Vaşinqtonda böyük iş təcrübəsinə malikdir. Əgər cənab Geyts Müdafiə naziri vəzifəsinə təsdiq edilsə, o, prezident Buşun İraq strategiyasını hazırlayanlardan biri olan Donald Ramsfeldi əvəz edəcək.

XS
SM
MD
LG