Accessibility links

NASA Ayda beynəlxalq stansiya yaratmağı planlaşdırır


ABŞ-ın Fəza və Aeronaftika agentliyi NASA 2020-ci ilə qədər Ayda ilk beynəlxalq bazanın salınacağını bildirib. Bu, 1960-cı illərdə Aya Apollo kosmik gəmisinin missiyasından tamamilə fərqli bir layihədir və fəzanın öyrənilməsində yeni mərhələnin başlanğıcı demək olacaq. NASA-da Ayın tədqiqatı ilə məşğul olan layihənin direktoru Daqlas Kuk deyib ki, beynəlxalq baza Ayın qütblərindən birində yaradılacaq. Mütəxəssilərin fikrincə, baza çox güman ki, Ayın cənub qütbündə yaradılacaq, belə ki, burada günün üçdə bir hissəsi gün işığı var. Daimi gün işığı və qaranlıq yerlərin olması burada həyat üçün zəruri olan suyun saxlanmasına imkan verəcək. NASA Aya bir həftə sürəcək missiyaya dörd astronaft göndərməyi planlaşdırır. Təchizat gətiirldikcə, astronaftlar Ayda 180 günə qədər qala biləcəklər. NASA-nın layihəsi Buş administrasiyasının fəzanın Beynəlxalq kosmik stansiyasından xaricdə öyrənilməsi proqramının bir hissəsidir.
XS
SM
MD
LG