Accessibility links

Ukraynanın xarici işlər naziri vəzifəsində qalacaq


Ukrayna prezidenti Viktor Yuşenko ötən həftə parlamentin xarici işlər naziri Boris Tarasyukun vəzifəsindən kənar edilməsi ilə bağlı səsverməsinin ləğvinə göstəriş verib. Prezident Boris Tarasyukun vəfizəsini davam etdərcəyini bildirib. Viktor Yuşenkonun rəqibi, baş nazir Viktor Yanukoviçin nəzarət etdiyi parlament daxili işlər naziri Yuri Lusenkonun da vəzifəsindən kənar edilməsi məsələsini gündəmə çıxarmışdı. Prezident tərəfindən dəstəklənən hər iki nazir Ukraynanın qərblə münasibətlərinin yaxınlaşmasına çalışır. Tarasyukun Ukraynanın NATO-ya üzvlüyününü dəstəkləyən Xalq Hərəkatı Partiyası Ukraynanın Rusiyanın təsir dairəsindən çıxmasının tərəfdarıdır.

XS
SM
MD
LG