Accessibility links

A.Litvinenkonun qətli ilə bağlı istintaq aparılır


Rusiya polisi keçmiş Milli Təhlükəsizlik Komitəsinin agenti Aleksandr Litvinenkonun ölümü ilə bağlı istinataqa başlayıb. Moskva prokurorlarının bildirdiyinə görə, Rusiya biznesmeni Dmitri Kovtunun öldürülməsi cəhdi ilə bağlı da təhqiqiat aparılır. Qeyd edək ki, Kovtun Litvinenko ilə onun vəziyyətinin dəyişdiyi gün görüşmüşdü. Rusiya mətbuatı Kovtunun da vəziyyətinin ciddi olduğunu yazmışdı. Lakin onun vəkili xəbərləri təkzib edərək, Kovtunun durumunun normal olduğunu deyib. Britaniya rəsmiləri Litvinenkonun noyabr ayının 1-də olduğu mehmanxananın 7 işçisinin həmin gün xəstələndiyini və onların radiasiyadan zəhərləndiyinin aşkar edildiyini bildirirlər.

XS
SM
MD
LG