Accessibility links

Fələstinin baş naziri Tehrandadır


Fələstinin Həmas qrupunun Tehrana səfər edən lideri İsmayıl Haniyyə deyib ki, onun başçılıq etdiyi Fələstin hökuməti İsrailin mövcudluğunu heç bir vaxt tanımayacaq. Cənab Haniyyə bu bəyanatı Tehranda cümə namazından sonra minlərlə adam qarşısında verib. O, dörd günlük rəsmi səfəri çərçivəsində İranın ali ruhani rəhbəri ayatulla Əli Xameneyi və prezident Mahmud Əhmədinejad ilə görüşəcək. İran Həması dəstəkləyən başlıca ölkədir. Qərb ölkələrinin yardımları dayandırıldıqdan sonra İran Fələstin Muxtar İdarəsinə 120 milyon dollar məbləğində yardım göstərib. Qərb ölkələri mart ayında hakimiyyətə gələn Həmasın zorakılıqlardan əl çəkməsi və İsrailin mövcudluğunu tanımasını tələb edir. Baş nazir Haniyyə Tehranda deyib ki, özünə güvənən Birləşmiş Ştatlar və sionistlər bizdən Fələstin ərazisini işğal edən sionist hökuməti tanımağı tələb edirlər.

XS
SM
MD
LG