Accessibility links

Beynəlxalq Amnistiya İran Azərbaycanlılarının hüquqları üçün geniş kampaniyaya başlayıb


Beynəlxalq Amnistiya dekabr ayında Azlıqların hüquqlarını müdafiə layihəsi çərçivəsində İran Azərbaycanlılarının hüquqlarına dair xüsusi kampaniyaya başlayıb. Beynəlxalq Amnistiya ilə əməkdaşlıq edən Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani başlanan kampaniyanın İranda azərbaycanlılara qarşı edilən haqsızlıqların dünyaya çatdırılmasında böyük rol oynayacağını deyib.

Bu kampaniya çərçivəsində Reza Abbasi haqqında çıxan birinci bəyanatında Beynəlxalq Amnistiya həbsdə olan jurnalistin vicdan məhbusu olduğunu bildirir. Reza Abbasinin indiyə kimi həbsləri, ailəsinə və özünə təzyiqlər haqda geniş məlumatın yer aldığı sənəddə Azərbaycanlıların milli hüquqularının poulması və dinc mübarizəsi barədə də məlumat verilir. Bu seriyadan olan sənədlərin bütpv bir paket şəklində dərc olunacağını deyən Faxtə Zamani informasiyanın beynəlxalq təşkilata çatdırılmasında İrandakı fəalların xüsusi rolunu qeyd etdi.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG